“Elmi təşkilatların və elmi jurnalların veb-saytlarına qoyulan tələblər” mövzusunda elmi seminar keçirildi İyun 22, 2020 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin “Elmi təşkilatların və elmi jurnalların veb-saytlarına qoyulan tələblər” mövzusunda onlayn elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova məruzəni təqdim edərək elmi müəssisə və təşkilatların müasir tələblərə cavab verən veb-saytlarının yaradılmasının zəruri olduğunu bildirdi.

O, Azərbaycanda elmi təşkilatların saytlarının qiymətləndirilməsinə dair bəzi təkliflər səsləndirdi. Qeyd etdi ki, istənilən elmi təşkilatın, universitetin, institutun veb-resursuna vahid mənbədən daxil olmaq imkanı, struktur paralelliyini gözləmək, domen adların beynəlxalq olmasını təmin etmək, məzun və mükafatçılar altbölməsinin fəaliyyətini təmin etmək qiymətləndirmənin əsas meyarlarındandır: “Mühüm nəticələrə, bütün elmi işçilərin əsərlərinə, elmi əsərlərə istinadlar, eləcə də ana səhifədə işlərin məzmununun əks etdirilməsi saytın vizuallıq göstəricilərindəndir”.

Məruzəçinin sözlərinə görə, nəşriyyatın adı, nəşriyyatla əlaqə, rəy, resenziya, redaksiya heyətinin üzvləri və onların veb-saytları, nəşrlərin dövriliyinin gözlənilməsi, eləcə də saytın altsəhifələrinin mövcudluğu və aktivliyi, saytda verilmiş məlumatların qrammatik və orfoqrafik baxımdan düzgün olması elmi jurnalların veb saytlarına qoyulan tələblər sırasına daxildir. Elmi jurnal və sosial şəbəkələr, ən son dərc olunmuş məqalələrə istinad, vahid baza və elmi jurnalların siyahısı, şəkillər, rəy tarixçəsinin izlənilməsi isə saytın vizual qiymətləndirilməsində əsas faktorlardandır.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Onlayn seminarda iştirak edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı fikirlərini bölüşdü, elmi təşkilatların saytlarının qiymətləndirilməsi ilə bağlı tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı