AMEA-nın magistrantları “Ali məktəb pedaqogikası” fənnindən imtahan veriblər İyun 18, 2020 | 12:04 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli 144 saylı “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən,  yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulmuşdur. AMEA-nın magistrantlarının ümumi və seçmə fənlər (“Ali məktəb pedaqogikası”, “Psixologiya” və “Fəlsəfənin əsasları”) üzrə imtahanlarının təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.

İyunun 16-da AMEA-nın 121 magistrantı “Ali məktəb pedaqogikası” fənnindən imtahanda iştirak ediblər. Tədris-İnnovasiya Mərkəzinin məsul əməkdaşlarının nəzarəti altında onlayn formada keçirilən imtahan müvəfəqiyyətlə başa çatmışdır.

Qeyd edək ki, “Fəlsəfənin əsasları” və “Psixologiya” fənləri üzrə imtahanların müvafiq olaraq, 22 və 29 iyun tarixlərdə keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı