Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın Redaksiya Şurasının üzvü seçilib İyun 14, 2020 | 05:59 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Novosibirsk Dövlət Texniki Universitetinin nəşri olan “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” (“Безопасность цифровых технологий”) adlı jurnalın redaksiya şurasının üzvü seçilib.

Jurnalın əsas məqsədi informasiya texnologiyaları, fizika, mexanika, materialşünaslıq, elektroenergetika, elektromexanika və elektrotexnologiya sahəsində fəaliyyət göstərən aparıcı alim və tədqiqatçıların elmi əsərlərini işıqlandırmaqdır. Nəşr doktorant və dissertantlar, mühəndislər, magistrlər, eləcə də fundamental tədqiqatların nəticələri ilə maraqlanan tələbələr üçün mühüm informasiya mənbəyidir. Jurnalda müxtəlif  ölkələrin elmi tədqiqatçılarının məqalələri dərc olunur.  

Qeyd edək ki, “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” jurnalı əvvəllər  “Novosibirsk Dövlət Texniki Universitetinin elmi əsərlərinin toplusu” (“Сборник научных трудов Новосибирского государственного технического университета”) adı ilə nəşr olunurdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı