2020-ci ilin fəaliyyət planları üzrə tədqiqatlar davam etdirilir İyun 11, 2020 | 10:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institut əməkdaşlarına tapşırılan işlərin icra vəziyyəti ilə bağlı idi.

Bu barədə çıxış edən institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova öncə 2020-ci ilin fəaliyyət planlarında əməkdaşların qarşısına qoyulmuş vəzifə və tapşırıqların icrası haqqında məlumat verdi. O, alim və mütəxəssislər tərəfindən prioritet istiqamətlər üzrə tədqiqatların davam etdirildiyini,  beynəlxalq və respublika səviyyəli elmi jurnallara, elmi-praktiki konfranslara məqalələrin təqdim olunduğunu qeyd etdi.

D.Zeynalova aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun magistr, doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumatları da təqdim etdi.

İclasda, həmçinin “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarında mart, aprel və may ayları ərzində çap olunan məqalələr, Elmi seminarda müzakirə edilməsi nəzərdə tutulan mövzular, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti haqqında məruzələr dinlənildi, müvafiq tapşırıqlar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı