Veb-sayt analitikası alətlərinin analizinə həsr olunmuş magistr dissertasiya işi müzakirə olunub İyun 06, 2020 | 04:30 / Konfranslar, iclaslar

Veb-saytların funksionallığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün veb-analitikanın aparılması zəruri şərtdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı onlayn formada keçirilib. “Zoom Meeting” proqramı vasitəsilə təşkil olunan tədbir “Veb-sayt analitikası alətlərinin analizi və effektivliyinin qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunub.

İnstitutun magistrantı Əzizxan Sadıyev tədqiqat işini təqdim edərək məsələnin aktuallığını önə çəkib. Bildirib ki, veb-saytların funksionallığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün veb-analitikanın aparılması zəruri şərtdir: “Bu proseslərin həyata keçirilməsi üçün uyğun veb-sayt analitikası alətləri seçilməlidir”. O, işin əsas məqsədinin veb-saytların effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan veb-sayt analitikası vasitələrinin müqayisəli analizi olduğunu diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, dissertasiya işində beynəlxalq təcrübədə veb-sayt analitikasının tətbiqi istiqamətində görülən işlər araşdırılıb. Veb-analitika metodları, veb-sayt analitikası alətləri müxtəlif aspektlərə görə müqayisəli təhlil edilib, eləcə də veb-sayt analitikası alətləri seçilmiş meyarlar üzrə qiymətləndirilib.

Ə.Sadıyev veb-analitika proseslərinin əsas mərhələləri, məlumatların toplanması üçün istifadə edilən metodlar və bu metodların analizi barədə ətraflı məlumat verib. Veb-sayt analitikası alətlərinin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıb.

Veb-sayt analitikasi alətlərinin effektivliyinin qiymətləndirilməsindən söz açan məruzəçi, bu məqsədlə “modern.az” xəbər portalına ən çox istifadə edilən veb-sayt analitikası alətlərinin kodlarını yerləşdirərək müəyyən vaxt aralığında statistik göstəriciləri analiz etdiyini bildirib.

Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən məruzəçi, veb-sayt analitikası sahəsində mövcud təcrübə və metodların araşdırıldığını, bu metodların müqayisəli təhlilinin aparıldığını, veb-sayt analitikası alətlərinin qiymətləndirilməsi üçün meyarların tədqiq edildiyini vurğulayıb. Qeyd edib ki, veb-sayt analitikası alətləri müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib, ən effektiv alət seçilib və seçilmiş veb-sayt analitikası alətindən istifadə etməklə nəzərdə tutulan veb-saytın effektivliyi qiymətləndirilib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Müzakirələr zamanı veb-sayt analitikası alətlərinin müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyi bildirilib, bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı