Moskva Dövlət Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək İyun 03, 2020 | 04:00 / Mühüm hadisələr

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı  ilə  AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) arasında tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, MDU-nun Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri 2020-ci ilin 31 avqust – 12 sentyabr tarixlərində İTİ-də istehsalat təcrübəsi keçəcəklər.

İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanacaq. O cümlədən tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi bacarıqları inkişaf etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı