İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir Aprel 04, 2020 | 05:26 / Mühüm hadisələr

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında tədris prosesi müvəqqəti dayandırılmışdır. Eyni zamanda 2020-ci il mart ayının 24-dən etibarən ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində xüsusi karantin rejimi elan edilmişdir.

Bununla əlaqədar olaraq, AMEA magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur.

Belə ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant qaydada elmi-pedaqoji təcrübə keçirlər.

Qeyd edək ki, institutunun magistraturasında ümumilikdə 3 ixtisas (“Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı