“Data Science üçün riyazi statistika” mövzusunda məruzə təqdim olundu Mart 13, 2020 | 02:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda institutun əməkdaşı Günay Muradova “Data Science üçün riyazi statistika” mövzusunda məruzəni təqdim etdi. O, Verilənlər Elmini (Data Science) verilənlərin analizi və onların əsasında ən yaxşı qərarların axtarışı ilə bağlı fəaliyyət kimi xarakterizə etdi. Ənənəvi riyazi statistikanın Verilənlər Elminin ən güclü alətlərindən biri olduğunu qeyd edərək onun tətbiqi ilə bağlı müxtəlif məsələləri diqqətə çatdırdı.

Məruzəçi riyazi statistikanın verilənlərdən informasiya və bilik əldə etməyə və bunların əsasında qərarlar qəbul etməyə imkan verdiyini vurğuladı. G.Muradova verilənlərin ilkin analizində istifadə edilən statistik xarakteristikalar, riyazi statistikanın eksperimentlərin planlaşdırılması, hipotezlərin yoxlanması və modelləşdirmədə (reqressiya, klassifikasiya, klasterləşdirmə və s.) tətbiqləri, riyazi statistika üzrə müxtəlif proqram paketləri barədə məlumat verdi.

O, riyazi statistikanın proqramlaşdırma ilə birlikdə digər Data Science komponentlərinin əsasında dayandığını qeyd edərək, verilənlərin intellektual analizi, maşın təlimi və riyazi statistikanın oxşar və fərqli cəhətləri barədə danışdı. Big data və bulud hesablamaları kimi yanaşmaların təsiri ilə onların bir-birini qarşılıqlı şəkildə zənginləşdirdiklərini vurğuladı.

Sonda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev məruzə ilə əlaqədar fikirlərini bölüşərək şöbədə aparılan tədqiqatlarda Data Science yanaşmalarının daha dərindən araşdırılmasını tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı