Pythonda böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritmi tətbiq olunur Mart 12, 2020 | 04:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun magistrantı Aygül Fəxrəddinqızı “Pythonda Böyük ölçülü verilənlərin analizi  üçün DBSCAN alqoritminin tətbiqi” mövzusunda məruzəni təqdim etdi. O, öncə verilənlərin intellektual analizi, data analitikası, klasterləşdirmə, onun alqoritmləri və tətbiqi imkanları haqqında məlumat verdi. Qeyd etdi ki, yeni texnologiyaların tətbiqi nəticəsində böyük ölçülü məlumatların həcmini dəqiq analiz etmək üçün alternativ daha güclü bir meta öyrənmə vasitəsi olaraq klasterləşdirmə alqoritmləri ön plandadır. Klasterləşdirmə alqoritmi verilənlər toplusunun strukturu (ardıcıllıq) barədə informasiya verir və verilənlər (data) analizini yerinə yetirmək üçün ən çox istifadə edilən metodlardandır. Xüsusilə, əsas məqsədi məlumatları müəyyən xüsusiyyətlərə oxşar olduqları halda, eyni klasterdə qruplaşdıraraq klasterlərə ayırmaqdır.

Sonra o, klasterləşdirmə alqoritmləri, əsasən sıxlığa əsaslanan alqoritmlərin analizindən danışdı. Bu alqoritmin əsas nümayəndəsi olan DBSCAN alqoritmi haqqında məlumat verdi.

Məruzəçinin sözlərinə görə, sıxlığa əsaslanan klasterləşdirmə alqoritmində məlumat obyektləri sıxlıq, əlaqə və sərhəd bölgələrinə görə ayrılır. Bu alqoritmin digərlərindən əsas fərqi outlier (kənaraçıxma) nöqtələrinə qarşı daha həssasdır. Həmçinin, DBSCAN alqoritmi ixtiyari ölçüdə və formada klaster tapmaq imkanına malikdir.

A.Fəxrəddinqızı sosial kapitalın ölçülməsi üçün etimada əsaslanan indeks-reytinq və dünya bankı metodları barədə də məlumat verdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi, bu istiqamətdə tədqiqatların davam etdirilməsini, eksperimentlərin aparılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı