Statik kod analizi vasitələrinin qiymətləndirilməsinə hansı yanaşmalar mövcuddur? Fevral 26, 2020 | 12:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Statik kod analizi vasitələrinin qiymətləndirilməsinə yanaşmalar” mövzusunda elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun magistrantı Gülnar Yaqublu proqram sistemlərinin layihələndirilməsi, yaradılması və istismarı zamanı yol verilən səhvlər nəticəsində çoxsaylı boşluqların meydana çıxdığını, bədniyyətlilərin informasiya sistemlərinə icazəsiz giriş məqsədilə bu boşluqlardan istifadə etdiyini vurğuladı.

İstismara buraxılmış proqram təminatında boşluqların aşkarlanmasının mürəkkəb məsələ olduğunu bildirən məruzəçi bunun üçün böyük resurs və xərc tələb edildiyini diqqətə çatdırdı: “Boşluqların proqram təminatı yaradılarkən onun aşkarlanıb aradan qaldırılması zəruridir. Bu məqsədlə statik kod analizi alətlərindən istifadə olunur”.

G.Yaqublu çoxsaylı açıq kodlu və kommersiya statik kod analizi alətlərinin mövcud olduğunu qeyd etdi. Bildirdi ki, hazırda onların həm boşluqların aşkarlanması dəqiqliyi, həm də funksional imkanları baxımından qiymətləndirilməsi məsələsi aktualdır.

Məruzəçi boşluqları aşkarlamaq üçün istifadə edilən statik kod analizi vasitələrinin qiymətləndirilməsi məqsədilə müxtəlif metodologiyaların olduğunu diqqətə çatdıraraq SAMATE (Software Assurance Metrics And Tool Evaluation) layihəsi barədə məlumat verdi. Statik kod analizatorlarının təhlükəsizlik boşluqlarını aşkarlaması dəqiqliyini obyektiv qiymətləndirmək üçün istifadə edilən metrikalar və onların əsas xüsusiyyətlərini izah etdi. Qeyd etdi ki, gələcəkdə bəzi açıq kodlu statik kod analizi alətlərinin SAMATE metodikası və test bazası ilə yoxlanılması nəzərdə tutulur.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dinamik kod analizi vasitələrinin araşdırılmasını və beynəlxalq təcrübə əsasında öyrənilməsini tövsiyə etdi,.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı