Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasına seçkilər keçirildi Fevral 18, 2020 | 02:17 / Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, fevralın 18-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirildi.

Ümumi yığıncaqda bölmənin sədri, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bölmədə gedən proseslərin müzakirə olunması və müvafiq qərarların qəbul edilməsi baxımından Bölmənin Elmi şurasının fəaliyyətinin önəmli olduğunu qeyd etdi.

Akademik şuraya üzvlərin seçilməsi üçün seçkilərin keçirilməsinin zəruri olduğunu bildirdi.

Daha sonra sədri akademik Məhəmməd Mehdiyev, müavinləri isə AMEA-nın müxbir üzvləri Əyyub Quliyev və Ağası Məlikovdan ibarət bölmənin Elmi şura üzvlərinin seçkisi üzrə Hesablama komissiyası yaradıldı.

Gizli səsvermədə 40 nəfər bölmə üzvündən 31-i iştirak etdi.

Keçirilən səsvermənin nəticələrinə əsasən, akademik Rasim Əliquliyev sədr, akademiklər Cavad Abdinov və Yusif Məmmədov müavin olmaqla, bölmənin13 nəfərdən ibarət Elmi şurası formalaşdı. Şuranın üzvləri siyahısına akademiklər Nazim MəmmədovTelman ƏliyevArif HəşimovFikrət Əliyev, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Misir MərdanovOktay QasımovOqtay SəmədovNamiq Cəlilov və Afiq Həsənov daxil oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı