14 fevral - “Youtube”un yaranma günü Fevral 14, 2020 | 08:41 /

Bu gün – 14 fevral “Youtube”un yaranma tarixindən 15 il keçir.

YouTube - dünyanın ən böyük video paylaşma sistemi 14 fevral 2005-ci ildə Stiv Çen,  Çad Harli, Cavid Karim tərəfindən qurulub. 2006-cı ilin oktyabrında sistem Google tərəfindən satın alınıb.

Sistem, demək olar ki, tamamilə Python proqramlaşdırma dilində yazılıb. YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənə bilir və ya kompüterә *. flv formatında fayl olaraq endirilə bilir.

“Youtube”a hər gün yüzlərlə video yüklənir. Qeyd edək ki, 14 dekabr 2011-ci il tarixində bu sayta MoldytoasterMedia adlı istifadəçi tərəfindən ən uzun video yerləşdirilib. Video 596 saat 31 dəqiqə 21 saniyə davam etsə də, sonradan silinib. Buradakı ən qısa video isə 0,2 saniyə davam edir.

Bu gün dünyanın bir çox ölkəsindən milyonlarla istifadəçisi olan “Youtube” video paylaşma sistemi insanların internetdə məşhurluq qazanmasına səbəb olub. Onun ən çox izlənilən istifadəçisi “Pewdiepie”dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı