CLOUDLET əsaslı mobil hesablama buludlarına həsr olunan məqalə beynəlxalq bazaya daxil edilib Fevral 12, 2020 | 12:38 / Yeni nəşrlər

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakıda keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransı”nın (AICT 2019) “Kommunikasiya, şəbəkə və aparat təminatı” mövzusuna həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “CLOUDLET əsaslı mobil hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması” adlı məruzə ilə çıxış edib.

Adıçəkilən konfransda təqdim olunan elmi məruzələr “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub.

Qeyd edək ki, R.Ələkbərov məqalədə mobil qurğuların resurslarında (enerji sərfiyyatı, hesablama və yaddaş resurslarında və s.) mövcud olan məhdudiyyətləri aradan qaldırmaq məqsədi ilə yaradılan mobil hesablama buludlarında (MHB) meydana çıxan problemləri və onun həlli yolları analiz edib.Təklif edilən arxitekturanın mobil qurğuların resurslara olan tələbatının daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılmasının təmin edilməsini göstərib.

Alim, həmçinin Cloudlet əsaslı mobil şəbəkənin mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı enerji sərfiyyatının və şəbəkədə baş verən gecikmələrin azalmasını təsvir edib.

Bu günlərdə həmin toplu IEEE Xplore kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb (DOI: 10.1109 / AICT47866.2019).

Məqaləni buradan oxumaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı