Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri araşdırılır Fevral 10, 2020 | 09:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu.

Planı təqdim edən şöbə müdiri Anar Səmidov cari ildə aparılacaq elmi-tədqiqat işləri haqqında məlumat verdi.

O, “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə İnternetdə reklam-marketinq üçün verilənlərin səmərəli toplanması metodunun işlənməsi, bu məqsədlə əks-əlaqə mexanizminin sentiment-analiz texnologiyalarına tətbiqi və effektiv metodun işlənməsi istiqamətlərində tədqiqatların aparılacağını qeyd etdi.

Şöbə müdiri “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görüləcək işlərdən bəhs edərək bildirdi ki, cari il ərzində fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri, qədim sənət nümunələrində fraktalların rolu, fraktal qrafika və onun tətbiq sahələri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur.

Məruzəçi cari ildə şöbədə 3D çap texnologiyalarının müasir istehsala təsiri və təhsildə tətbiqi məsələlərinin araşdırılacağını vurğuladı.

Sonra A.Səmidov şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçiriləcək işlərdən söz açdı. Qeyd etdi ki, cari il ərzində şöbədə kompyuter qrafikası və dizaynı, multimedia resursları, nəşriyyat və poliqrafiya xidməti üzrə müvafiq işlərin görülməsi planlaşdırılır.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri diqqətə çatdırdı. 

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini, elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi və kadr potensialının artırılmasının vacibliyini vurğuladı.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı