144 herslik ekrana malik ilk smartfon hazırlanıb

14 Yanvar 2020 - 17:18 | Maraqlı məlumatlar
144 herslik ekrana malik ilk smartfon hazırlanıb

Android cihazları son zamanlar müxtəlif xüsusiyyətlərinə görə də fərdi kompüterlərə yaxınlaşırlar.

“Nubia” markasının direktoru və həmtəsisçisi “Red Devil 5G” adlı yeni oyun smartfonunu satışa çıxarıb. Smartfonun əsas xüsusiyyəti masaüstü idman monitorları ilə müqayisədə ekranın yenilənmə tezliyidir.

4pda.ru saytının məlumatına əsasən, smartfon istehsalçıları bu yaxınlarda 90 hers yenilənmə tezliyinə malik matrislərdən istifadə etməyə başlayıblar. “Nubia” markası isə daha da irəli gedərək matrisin yeniləmə tezliyini 144 hersədək artırmağı planlaşdırır. Şirkət bu yolla cihazın ekranındakı təsvirin hamarlığını yüksəltməyi planlaşdırır

“Nubia Red Devil 5G” smartfonu üçün belə ekranın hazırlaması ilə bundan əvvəl “Xiaomi Mi Mix Alpha” və “Mi Note 10” üçün eyni həll təqdim etmiş “Visionox” şirkəti məşğul olacaq.

Yeni smartfonunun başlıca üstünlüyü “Snapdragon 865” prosessoru ilə müqayisədə məhsuldarlığın ikiqat artımı, üç əsas kamera və beşinci nəsil şəbəkələri dəstəkləmə xüsusiyyəti olacaq.

"Nubai" “Red Devil 5G” istehsalçısı tərəfindən smartfonun kütləvi istifadəyə buraxılış tarixi və satış qiyməti barədə hələlik heç bir məlumat verməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.