Fiziki məhdudiyyətli şəxslərin istifadə edə biləcəyi avtomobil təqdim edilib

10 Yanvar 2020 - 16:17 | Maraqlı məlumatlar
Fiziki məhdudiyyətli şəxslərin istifadə edə biləcəyi avtomobil təqdim edilib

“CES 2020” beynəlxalq sərgisində təqdim olunan cihazlardan biri də “Segway” şirkətinin təqdim etdiyi “S-Pod” kreslosudur.

“S-Pod” cihazı tarazlaşdırma texnologiyasından istifadə edilərək hazırlanıb. Qurğu 120 kiloqrama qədər insan daşıma qabiliyyətinə malikdir. Onun ölçüsü yığcam, maksimum sürəti isə 12 kilometr/saatdır. “S-Pod”un sürətini xüsusi proqram vasitəsilə 40 kilometr/saata qədər artırmaq mümkün olsa da, əksər şəhərlərdə sürət həddi 32 kilometr/saat olduğu üçün istifadəsi qanunla qeyri-mümkündür.

Cihaz bir dəfəlik enerji yüklənməsindən sonra 69 kilometr məsafə qət etmək imkanına malikdir. Bu, əksər hallarda insanların evdən iş yerinə getməsi və geri dönməsi üçün kifayət edir.

Mütəxəssislər hesab edirlər ki, bu nəqliyyat növü avtomobili əvəz etmək üçün ideal seçim ola bilər. “S-Pod”a keçid etmək avtomobillərin atmosferə ötürdüyü zərərli qazların qarşısını alacaq, tıxacların sayını azaldacaq. Bununla yanaşı, nəqliyyatın sürətinin aşağı olması nəticəsində qəzaların sayı da azalacaq.

nanonewsnet.ru saytının məlumatına görə, fiziki məhdudiyyətli şəxslərin də bu nəqliyyat növündən istifadə edilə bilməsi cihazın əsas özəlliyidir. İstehsalçılar fiziki məhdudiyyətli şəxslər üçün daha alternativ cihazın hazırlanmasına qədər “S-Pod” un əvəzolunmaz olacağını iddia edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.