ABŞ-da ilk dəfə uçan sərnişin taksisi sınaqdan keçirilib

10 Yanvar 2020 - 10:56 | Maraqlı məlumatlar
ABŞ-da ilk dəfə uçan sərnişin taksisi sınaqdan keçirilib

ABŞ-da ilk dəfə “Ehang” pilotsuz sərnişin təyyarəsi sınaqdan keçirilib.

“Ehang 216” uçan taksinin sınaqları çərçivəsində cihaz bir neçə könüllü ilə birlikdə uçuşu müvəffəqiyyətlə həyata keçirib. Şimali Karolina qubernatoru Roy Kuperin də iştirak etdiyi sınaq Roli şəhərində baş tutub.

Pilotsuz təyyarənin istehsalçısı olan Çin şirkəti “EHang” gələcəkdə göyərtədəki könüllülərlə cihazın uzunmüddətli sınaqdan keçirilməsinə icazə almağı planlaşdırır.

hightech.fm saytının məlumatına əsasən, “Ehang” pilotsuz taksilərini daha əvvəl Çində və Avstriyada sınaqdan keçirilib.

Pilotsuz uçan təyyarə “EHang 216” künclərdə səkkiz cüt koaksial vint və korpusun mərkəzi hissəsindən yuxarıda sərnişin salonu olan kvadrokopter sxemi üzrə hazırlanıb. Maksimal sürəti 160 km/saata qədər olan cihaz 80 km. məsafəyə iki nəfəri daşımaq imkanına malikdir. “EHang 216”nı 30 dəqiqə ərzində tam doldurmağın mümkün olması planlaşdırılır.

Kütləvi istehsal üçün “EHang 216”nın rəsmi buraxılışı 2025-ci il üçün nəzərdə tutulub. Uçan avtomobillər əvvəlcə Asiya ölkələrində istifadəyə veriləcək. Hər bir “EHang 216” avtomobilinin dəyəri 400 min dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.