“CES 2020” beynəlxalq sərgisi davam edir

08 Yanvar 2020 - 17:29 | Maraqlı məlumatlar
“CES 2020” beynəlxalq sərgisi davam edir

Yanvar ayının 7-də ABŞ-ın Las-Veqas şəhərində öz işinə başlayan “CES 2020” beynəlxalq sərgisinin ikinci günündə də xeyli sayda ziyarətçisi olub. 

Burada nümayiş olunan “Waverly Labs” tərcümə qulaqcıqları diqqət çəkir. Cihaz bir smartfona qoşularaq eyni vaxtda dörd nəfərlə ünsiyyət qurmağa imkan verir.

“Atmos” hava filtrasiyası üçün yeni cihaz təqdim edir. Bu qurğudan istifadə zamanı insanın üzünə makiyajın pozulmaması və ya eynəyin buxarlanmaması üçün xüsusi qoruyucu taxılmır.

Təqdim edilən “Wahu” döşəmənin formasını yerli şəraitə uyğun dəyişdirən bir cüt ayaqqabıdır. Bu ayaqqabı lazım olduqda insanın müvazinətini sabit saxlaya bilir.

“Shoeblast” adlı cihaz isə, pis qoxulu ayaqqabıların qarşısını almaq məqsədilə hazırlanıb. “Shoeblast” simulyatorları sterilizasiya etmək məqsədilə istilik və ultrabənövşəyi işıq tətbiq edir. Bunun üçün rütubət sensorundan istifadə olunur.

bbc.com saytının məlumatına görə, "CES 2020"də nümayiş etdirilən “EnvisionBody” cihazı insanlara daha çox məşq etdikləri təqdirdə görünüşlərinin necə dəyişdiyini göstərir. O, məşq zamanı istifadəçilərin bədən quruluşunun ideal formasını əks etdirir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.