Kvant texnologiyalarının alyansı yaradılıb

30 Dekabr 2019 - 11:45 | Maraqlı məlumatlar
Kvant texnologiyalarının alyansı yaradılıb

Hazırda kvant kompüterləri və onlarla əlaqəli texnologiyalar inkişaf etməkdədir. Perspektivli istiqamətin inkişafını sürətləndirməyə çalışan aparıcı universitet alimləri kvant hesablamaları üzrə ittifaq yaratdıqlarını elan ediblər.

4pda.ru saytının məlumatına görə, “Quantum Information Edge” ittifaqına Berklinin və Sandia Milli Laboratoriyaları rəhbərlik edəcəklər. İttifaqa bir çox digər universitetlər də qoşulub.

Berkli laboratoriyasının qabaqcıl kvant sınaq stendinin direktoru İrfan Siddiki kvant informatikasında əhəmiyyətli irəliləyiş ərəfəsində olduqlarını, eləcə də elm və texnologiyanın bir çox sahələrində həll yolları axtararkən kvant tədqiqatını və inkişafını sürətləndirəcəyini qeyd edib.

Mütəxəssislər “Quantum Information Edge” ittifaqında kvant araşdırmalarına qoyulan sərmayənin artacağına ümid edirlər. Təşkilatın vəzifəsi məlumat emalında yeni elmi imkanlar yaratmaq üçün fərdi komponentlərin yaradılması ilə yanaşı, tam kvant sistemlərinin qurulmasını təmin etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.