Azərbaycan və Estoniya arasında LOLA konserti keçirilir Dekabr 20, 2019 | 06:13 / Mühüm hadisələr

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin daimi istismara verilməsinə həsr olunan tədbir keçirilir.

Estoniya ilə birgə keçirilən virtual tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim ƏliquliyevAzərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İankueləcə də GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, qabaqcıl tətbiq xidmətləri üzrə koordinatoru Kladiou Allaçio, Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (EENet of HITSA) meneceri Kristina Lillemets, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlya da iştirak edir.

Tədbir azərbaycanlı və estoniyalı musiqiçilərin virtual konserti ilə davam edəcək.

Bilik, incəsənət, elm və texnologiya arasında sərhəd olmadığını nümayiş etdirən LOLA səs və videonu aparatlar vasitəsilə birləşdirməklə insanları qəlbən və ruhən bir-birinə yaxın hiss etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı