Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 3 institutunun illik fəaliyyəti müzakirə olunub Dekabr 13, 2019 | 02:03 / Konfranslar, iclaslar

Dekabrın 13-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti əməkdaşlar iştirak etdilər.

İclası giriş nitqi ilə açan akademik Nazim Məmmədov bugünkü tədbirdə bölmənin, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının cari ildəki elmi fəaliyyətinə dair hesabatlarının dinləniləcəyini və digər elmi-təşkilati məsələlərin müzakirə olunacağını qeyd etdi.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov cari ildə rəhbərlik etdiyi qurumda mühüm elmi-tədqiqat və elmi-təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 410 elmi əsəri – 138-si xaricdə olmaqla 180 məqalə, 55-i xaricdə olmaqla 189 tezis, 34 elmi populyar nəşr, həmçinin monoqrafiya və dərs vəsaiti işıq üzü görüb. Məqalələrdən 81-i “Clarivate Analytics”, 18-i “Scopus” beynəlxalq elmi bazalarınının impakt faktorlu jurnallarında çap edilib. Alim 2019-cu ildə institutun bir sıra xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirdiyini qeyd etdi, institut əməkdaşları tərəfindən tətbiq edilən elmi nəticələr barədə məlumat verdi.

AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev cari ildə institutda elmi-tədqiqat işlərinin 16 mövzu, 39 iş və 38 mərhələ üzrə aparıldığını diqqətə çatdırdı.

T.Əliyev qeyd etdi ki, 2019-сu ildə institutun əməkdaşları tərəfindən ümumilikdə 286 elmi əsər, 4 monoqrafiya (2-si xaricdə), 1 dərs vəsaiti, 218 məqalə (146-sı xaricdə, “Web of Science” - 65, “Scopus”-da 14), digər xarici jurnallarda 33 məqalə nəşr olunub, respublika və xaricdə keçirilən 65 konfransda (36-sı xaricdə) 124 məruzə ilə çıxış edilib.

Alim elmi-nəzəri fəaliyyət çərçivəsində görülən işləri nəzərə çatdıraraq institutun iştirak etdiyi dövlət proqramları, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələrdə iştirakı barədə məlumat verdi, rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən söz açdı.

Daha sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2019-cu ildə institutun qarşısına qoyulan vəzifələri, əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. Alim bir il ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.

Akademik elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, cari ildə 50-si xaricdə (o cümlədən Web of Science-da 25, Scopus-da 32), 39-u respublikada olmaqla 89 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 45-i, respublika səviyyəli elmi konfranslarda 64-ü olmaqla 109 tezis və 8 kitab, ümumilikdə 206 elmi əsər nəşr olunub.

Daha sonra mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış etdilər.

İclasın sonunda akademik Cavad Abdinovun 80 illik, akademik Arif Mehdiyevin 85 illik yubileyinin keçirilməsi haqqında müzakirələr edildi, elmi-təşkilati, eləcə də kadr məsələləri, hesabatlar ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələrdən sonra bölmənin müvafiq institutlarının hesabatları qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı