İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatı yaradıldı Dekabr 03, 2019 | 05:14 / Mühüm hadisələr

Dekabrın 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatının yaradılması ilə bağlı iclas keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim ƏliquliyevYAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP Yasamal Rayon Təşkilat Şurasının özək sədri Xədicə İsgəndərli və institutun əməkdaşları iştirak etdilər.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə edilməsi və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışan akademik R.Əliquliyev ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd etdi.

İclasda çıxış edən T.Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın çiçəklənməsində misilsiz xidmətlərindən, prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışdı. O, institutda YAP-ın ilk özək təşkilatının yaradılması münasibətilə İTİ kollektivini təbrik etdi, hər bir üzvə dövlət quruculuğunda və Azərbaycan naminə fəaliyyətlərində uğurlar dilədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı