“Konfidensiallığı qorumaqla fərdi məlumatların intellektual analizi üçün Deep Learning metodları” mövzusu müzakirə edilib Dekabr 02, 2019 | 09:46 / Konfranslar, iclaslar

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransının plenar iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış etdi. Şöbə müdiri “Konfidensiallığı qorumaqla fərdi məlumatların intellektual analizi üçün Deep Learning metodları” mövzusunda məruzəni təqdim edərək son onilliklərdə fərdi məlumatların kibercinayətkarların əsas hədəflərindən birinə çevrildiyini qeyd etdi. Bildirdi ki, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində böyük həcmdə generasiya edilən fərdi məlumatların təhlükəsizliyinə böyük təhdidlər yaranır. Bu təhdidlərin bir qisminin fərdi məlumatların intellektual analizi ilə əlaqədar meydana çıxdığını qeyd edən məruzəçi müasir intellektual analiz metodlarının müxtəlif mənbələrdə toplanmış böyük həcmli fərdi verilənləri əlaqələndirməklə və analiz etməklə fərdlər və sosial qruplar barəsində onların özünə də məlum olmayan yeni sensitiv biliklər aşkarlamağa imkan verdiyini qeyd etdi.

Onun sözlərinə görə, fərdi məlumat insidentlərinin bir çoxu fərdi məlumatların müvafiq icazə olmadan analitika şirkətlərinə verilməsi ilə bağlıdır: “Hətta fərdi məlumat sahiblərindən müvafiq şəkildə icazə alınsa belə, müasir intellektual analiz metodları konfidensiallığın qorunması tədbirlərinə baxmayaraq, müxtəlif mənbələrdən alınmış məlumatları analiz etməklə və əlaqələndirməklə fərdlər və sosial qruplar barəsində müxtəlif həssas məlumatlar əldə etməyə imkan verir. Buna görə hazırda Big data mühitində fərdi məlumatların intellektual analizi zamanı konfidensiallığın qorunması aktual məsələlərdən biridir”.

Verilənlərin gizliliyinə təhdidlər, fərdlərin gizli və ya sensitiv məlumatlarının açıqlanması ilə əlaqəli təhdidlər, eləcə də fərdi konfidensiallığın qorunması barədə danışan məruzəçi qeyd etdi ki, verilənlərin konfidensiallığının təmin edilməsinin əsas məqsədi fərdi məlumatların qorunmasıdır.

Məruzəçi çıxışında fərdi məlumatların intellektual analizi zamanı konfidensiallığın qorunması metodlarından, Deep Learning metodlarının müqayisəli analizindən, eləcə də dərin təlim metodlarının diferensial gizlilik, çoxtərəfli təhlükəsiz hesablamalar və homomorf şifrləmə metodları ilə birləşdirilməsində qarşıya çıxan çətinliklər və onların həlli yollarından bəhs etdi.

Y.İmamverdiyev bildirdi ki, texnologiyaların inkişafı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasına yenidən baxılmasını zəruri edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı