Akademik Rasim Əliquliyev: “Alimlərin səmərəli tədqiqat aparması üçün informasiyasının əlçatanlığı təmin olunmalıdır” Noyabr 29, 2019 | 02:05 / Konfranslar, iclaslar

Bu gün keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev fərdi məlumatların mühafizəsinə həsr olunmuş konfransın böyük əhəmiyyətə malik olduğunu, cəmiyyət və müvafiq dövlət qurumları qarşısında hesabat xarakteri daşıdığını qeyd etdi.  Alim informasiya təhlükəsizliyinin akademiyanın prioritet istiqamətlərindən olduğunu bildirərək qurumda informasiya təhlükəsizliyinin texnoloji aspektləri ilə yanaşı, siyasi-ideoloji, iqtisadi, humanitar, kulturoloji və s. aspektləri ilə bağlı mühüm tədqiqatların aparıldığını vurğuladı. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü deyən akademik AMEA-nın bu istiqamətdə dövlət siyasətinə elmi dəstək verdiyini qeyd etdi. 

Alim İnternet-kriminalistika, kibercinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin çoxaspektli problemlərinin həlli, informasiya təhlükəsizliyi kimi sahələrin institutun prioritet istiqamətlərindən olduğunu bildirdi. İnternet-kriminalistikanın aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edən alim institutda İnternet-kriminalistikanın müasir vəziyyəti, problem və perspektivlərinin araşdırılması istiqamətində tədqiqatların aparıldığını qeyd etdi.

Onun sözlərinə görə, toplanmış fərdi məlumatlar sistemli analiz nəticəsində demoqrafik tədqiqat məqsədi ilə istifadə olunmalı, alimlərin səmərəli tədqiqat aparması üçün informasiyanın əlçatanlığı təmin olunmalıdır.

Akademik fərdi məlumatların mühafizəsi ilə bağlı fikirlərini səsləndirdi, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmaların aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sferalar üzrə  kadrların hazırlanmasının zərurliyini vurğuladı.

Akademik, həmçinin dövlət qurumları və vətəndaş cəmiyyəti müəssisələrinin səylərini birləşdirərək ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verməsinin vacib məsələlərdən olduğunu dedi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı