E-vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyi problemləri araşdırılır Noyabr 27, 2019 | 04:38 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin dissertantı Səmənnaz Zalova “E-vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzəçi bildirdi ki, e-dövlətin inkişafı dövlət veb-saytlarının (onlayn xidmətlərin), telekommunikasiya infrastrukturunun və e-vətəndaşların formalaşması ilə təyin edilir.  Ona görə də, e-dövlətin formalaşmasında əsas məsələlərdən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyi, gizlilik siyasətinin həyata keçirilməsi ilə bağlıdır.

O, qeyd etdi ki, elektron dövlətin gizlilik siyasəti e-vətəndaşın fərdi məlumatlarının yalnız qanuni məqsədlər üçün toplanması və istifadəsinə zəmanət versə də, informasiya təhlükəsizliyi ilə bağlı məsələ e-vətəndaşı narahat edən əsas problemlərdən biri kimi hələ də aktualdır. Bu siyasətin uğurlu həlli vətəndaşların müxtəlif dövlət veb-saytlarından, onlayn xidmətlərdən etibarlı və təhlükəsiz istifadəsi üçün zəruri şərtdir. Qeyd etdi ki, e-vətəndaşın fərdi məlumatlarının informasiya təhlükəsizliyi məsələsi kompleks yanaşma, eləcə də texniki və qeyri-texniki vasitələrin birgə tətbiqini tələb edir.

S.Zalova istifadəçilərin onlayn xidmət resurslarından istifadəsinə təsir göstərən əsas və tamamlayıcı amillər haqqında ətraflı məlumat verdi, qloballaşan informasiya cəmiyyəti şəraitində uğurlu e-dövlət quruculuğu üçün onların əhəmiyyətini göstərdi.

Məruzəçi e-vətəndaşların informasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların gizlilik siyasəti ilə bağlı xarici ölkələrin təcrübəsindən danışdı. Bildirdi ki, e-vətəndaşın  fərdi məlumatlarının gizliliyi və bütövlüyü hüquqi, texniki, təşkilati, müdafiə strategiyası və əməkdaşlıq kimi 5 əsas faktorlarla işlənilməlidir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı