İnstitut əməkdaşlarının 2019-cu il üzrə elmmetrik göstəriciləri təqdim olunub Noyabr 22, 2019 | 05:19 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarı keçirildi. 

İclasda çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova 2019-cu il üzrə institut əməkdaşlarının elmmetrik göstəricilərini təqdim etdi.

Şura sədri elmi tədqiqatların nəticəsi kimi institut əməkdaşları tərəfindən nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Bildirdi ki, cari ildə 50-si xaricdə (o cümlədən Web of Science-da 15, Scopus-da 21), 39-u respublikada olmaqla 89 məqalə, beynəlxalq səviyyəli elmi konfranslarda 45-i, respublika səviyyəli elmi konfranslarda 64-ü olmaqla 109 tezis və 8 kitab, ümumilikdə 206 elmi əsər nəşr olunub.

Məruzəçi 2019-cu ildə çap olunmuş elmi əsərlərin şöbələr üzrə paylanması qrafikini, eləcə də cari ildə xaricdə çap olunmuş elmi əsərlərin növlərə görə təsnifatını təqdim etdi.

Daha sonra şura sədri institut əməkdaşlarının əsərlərinin ümumi sayına görə müəlliflərin ümumi reytinqi, “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda çap olunmuş elmi əsərlərin şöbələr üzrə paylanması, eləcə də çap olunmuş əsərlərin sayına görə müəlliflərin reytinqi haqqında ümumi məlumatı diqqətə çatdırdı.

N.Adıgözəlova “Google Scholar”da h-indeksinə görə əməkdaşların reytinqini o cümlədən, 2019-cu ildə və ümümilikdə əməkdaşların aldığı istinadların sayına görə reytinq cədvəlini təqdim etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı