Süni dəridən cib robotu hazırlanıb

21 Noyabr 2019 - 16:11 | Maraqlı məlumatlar
Süni dəridən cib robotu hazırlanıb

Bristol Universitetinin tədqiqatçıları süni dəridən divar və digər şaquli səthlər üzrə dırmaşan elastik cib robotu hazırlayıblar.

Adətən ənənəvi robotlar onlara relyefin altında uyğunlaşmağa imkan verməyən sərt materiallardan hazırlanır. Bundan əlavə, yumşaq robotlar ətraf mühitə uyğunlaşmaq üçün dartılıb və əyilmək imkanına malik olurlar.

Mövcud yumşaq robotlar əksər hallarda səthdə bükülü yerlərdən tutmaq qabiliyyətinə etibar edirlər. Bu da onların hərəkət imkanlarını məhdudlaşdırır. Tədqiqatçılar problemi həll etmək üçün süni dəridən hazırlanmış ilbiz kimi hərəkət edən, süni əzələlərə bənzər  robot hazırlayıblar.

hightech.fm saytının məlumatına əsasən, “ElectroSkin” adlanan robot onun səthdə qalmasına imkan verən elektrostatik gücünə etibar edir.

Robotun elastikliyi onu bükməyə və cibinizə qoymağa, sonra isə müxtəlif məsələlərin icrası üçün istifadə etməyə imkan verir. “ElectroSkin”in istehsalçıları hesab edirlər ki, robot müxtəlif tip divar çirklənmələrini təmizləyərkən yararlı ola bilər. Ondan eyni zamanda portativ kompüter kimi istifadə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.