Vətəndaş elmi layihələrində inklüzivlik və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılır Noyabr 20, 2019 | 11:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Şöbənin əməkdaşı Nərgiz Verdiyeva məruzə edərək vətəndaş elmi layihələrinin yaradılması mərhələləri, vətəndaş elmində inklüzivlik və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması barədə məlumat verdi. Qeyd etdi ki, vətəndaş elmində inklüzivliyin yaş həddi, təhsil səviyyəsi, fiziki vəziyyət, sosiallaşma kimi dörd səviyyəsi var.

Təhlükəsizlik məsələlərindən danışan məruzəçi fərdi məlumatlar, onların təsnifatı, vətəndaşın kimliyini müəyyən etməyə imkan verən şəxsi məlumatlar, vətəndaşın irqi, dini və ya etnik mənşəyini, sağlamlığı ilə bağlı informasiyanı aşkar etməyə imkan verən sensitiv məlumatlar, uşaqlar, coğrafi məkanlar haqqında məlumatlar barədə əsas fikirləri diqqətə çatdırdı.

O, bildirdi ki, Avropada “Verilənlərin Mühafizəsi üzrə Ümumi Reqlament” qanunvericiliyi yaradılıb. Adıçəkilən qanun 2016-cı il aprelin 27-də qəbul edilib, 2018-ci il mayın 25-də isə qüvvəyə minib. Burada qeyd olunur ki, fərdi məlumatlar onların subyektinə qarşı qanuni, ədalətli və şəffaf bir şəkildə emal olunmalıdır.

Daha sonra N.Verdiyeva “Məlumat azadlığı haqqında”, “Uşaqların onlayn gizliliyinin qorunması haqqında”, “Tibbi sığorta daşınması və hesabatlılıq haqqında”qanunları, eləcə də “Məxfilik Aktı” haqqında məlumat verdi.

Bildirdi ki, vətəndaş elmi layihələri çərçivəsində vətəndaşların fərdi məlumatlarının mühafizəsi məqsədilə onlayn mühitdə onların biometrik göstəricilərindən istifadə etmək ən əlverişli, eyni zamanda etibarlı üsullardan biridir.

Sonda məruzəçi qeyd etdi ki, e-elmin yeni istiqaməti kimi formalaşan vətəndaş elmində inklüzivlik və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması  bütövlükdə elmin inkişafına müsbət təsir edən amillərdəndir. Aparılmış araşdırmalar göstərir ki, müasir dövrdə İKT-nin sürətli inkişafı, o cümlədən IoT, şəbəkə və bulud texnologiyalarından istifadə elmin, xüsusən də e-elmin yeni istiqaməti olan vətəndaş elminin geniş tətbiqinə yol açır, vətəndaş elmi layihələrinin və onlarda iştirak edən könüllülərin sayı artır.

Məruzə ətrafında müzakirələr aparıldı, şöbə müdiri Təhmasib Fətəliyev mövzu ilə bağlı gənc tədqiqatçıya təklif və tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı