Avtomatlaşdırma nəticəsində 800 milyon iş yeri azalacaq

18 Noyabr 2019 - 14:56 | Maraqlı məlumatlar
Avtomatlaşdırma nəticəsində 800 milyon iş yeri azalacaq

“Bank of America Merrill Lynch” analitikləri iddia edirlər ki, iş yerlərinin azalması prosesi getdikcə sürətlənəcək. Əsas siyasi stimullardan biri Çin və ABŞ arasındakı ticarət müharibəsidir.

Şirkət avtomatlaşdırmanın yaradacağı təhlükələrlə bağlı yeni təhlil hazırlayıb. Əldə olunmuş nəticələr ciddi narahatlığa əsas verir: 15 il ərzində robot və alqoritmlər sayəsində təxminən 800 milyon iş yeri azalacaq.

nanonewsnet.ru saytının məlumatında bildirilir ki, ən böyük iş ixtisarı ofislərdə və xidmət sektorunda gözlənilir. Lakin digər sahələrdə də vəziyyət ürəkaçan deyil, çünki robotlar daha çox tapşırıqlar yerinə yetirməyi öyrənirlər.

İş yerlərinin azalması tempi ilk növbədə, avtomatlaşdırma xərclərinin azalması hesabına yüksəlir. 2005-ci ildən 2014-cü ilədək qiymətlər 27 faiz azalıb, 2025-ci ilədək daha 22 faiz azalacaq.

Avtomatlaşdırma sahəsində lider Çin ola bilər. Analitiklərin fikrincə, 2020-ci ildə Amerika ilə bu ölkənin ticarət müharibəsi texniki silahlanmaya çevriləcək. Çin kvant hesablamaları, süni intellekt, mobil rabitə, robot texnikası və kibertəhlükəsizlik kimi sahələrdə lider olmağa çalışacaq. Bunun iş yerlərinin avtomatlaşdırılmasına təsiri qaçılmaz olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.