“Asiya ayı 2019” - beynəlxalq Vikimarafon keçirilir

12 Noyabr 2019 - 12:44 | İnternet-50
“Asiya ayı 2019” - beynəlxalq Vikimarafon keçirilir

“Vikipediya Asiya ayı” Vikipediyada keçirilən onlayn layihədir. Layihənin əsas məqsədi Asiya ölkələri və regionları (öz ölkən istisna olmaqla) haqqında məqalələr yaratmaq və həmin mövzuda olan məqalələri inkişaf etdirməkdir. Layihədə Vikipediyada qeydiyyatdan keçmiş istənilən istifadəçi iştirak edə bilər. Qaydalara uyğun olaraq, 4 və daha artıq məqalə yaradan istifadəçi digər ölkələrin istifadəçilərindən açıqcalar qəbul edəcək.

Ən çox məqalə yaradan istifadəçi isə “Vikipediya Asiya Səfiri” adına layiq görüləcək.

Qeyd edək ki, 2015-ci ildən həyata keçirilən bu layihə hər il noyabrın 1-dən 30-na kimi davam edir. Cari ilin noyabrın 12-nə olan məlumata görə, Vikipediyaya 18 nəfər iştirakçının 85 məqaləsi yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.