“Facebook” saxta hesabları video ilə yoxlayacaq

07 Noyabr 2019 - 11:00 | Maraqlı məlumatlar
“Facebook” saxta hesabları video ilə yoxlayacaq

“Facebook” sosial şəbəkəsinin tərtibatçıları saxta hesablarla mübarizə aparmaq üçün yeni texnologiyanı sınayıblar. Daxil olan yeni istifadəçinin yoxlanışı qısa videolardan istifadə edilərək həyata keçiriləcək.

planet-today.ru saytının məlumatına görə, “Facebook”da qeydiyyatdan keçmək istəyən insanlar özlərinin üz görüntüləri olan videolar çəkməlidirlər. Şəbəkə alqoritmləri istifadəçinin şəkilləriylə bu videonu müqayisə edəcək.

Güman edilir ki, yeni vasitə sosial şəbəkədə kommersiya məqsədlərindən istifadə üçün biometrik məlumatların geniş verilənlər bazasını toplamağa imkan verəcək. “Facebook” istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə etməkdə dəfələrlə mühakimə olunan bir şirkət olsa da, istifadəçilərin videolarının 30 gün ərzində silinəcəyini vəd edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.