Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metod və alqoritmləri işlənilib Oktyabr 30, 2019 | 09:37 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2019-cu il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bir il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Alim “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi”, “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi”, “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi”, eləcə də “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, “Veb spamlarla mübarizə metodlarının işlənilməsi” mövzuları üzrə araşdırmaların aparıldığını, məqalələrin nəşr olunduğunu qeyd etdi.

Şöbə müdiri, həmçinin informasiya cəmiyyətində fərdlərin sosial kapitalının qiymətləndirilməsi, idarəetmə nəzəriyyəsində meydana çıxan matris Silvester tənliyinin effektiv həll alqorotmlərinin işlənməsi, elektron dövlət platformasında milli dil sisteminin arxitekturasının işlənilməsi, Virtual mühitdə biliklərin qiymətləndirilməsinin intellektual metod və alqoritmlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Ramiz Alıquliyev bildirdi ki, cari il ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics), “Scopus” (Elsevier) və digər (“ACM”, “DBLP” və s.) bazalarda indeksləşən jurnallara 29 məqalə təqdim olunub. Bu məqalələrdən 14-ü “Web of Science” və “Scopus” bazalarında, 5-i digər beynəlxalq bazalarda ideksləşən jurnallarda çap olunub, digər 10-u isə göstərilən bazalarda indeksləşən jurnallarda rəydədir. O həmçinin qeyd etdi ki, şöbə əməkdaşları tərəfindən hazırlanan 3 tezis isə materialları “Web of Science” və “Scopus” bazalarında indeksləşən beynəlxalq konfransa təqdim olunub.

Beynəlxalq  elmi  əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən Ramiz Alıquliyev Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılıb, əməkdaşlığın nəticəsi olaraq 2 məqalə hazırlanıb.

Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə cari ildə 377, son 5 ildə 2306, ümumilikdə isə 3587 istinad olunub.

Hesabata dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı