Mona Lizanın stulda oturan 3D nüsxəsi təqdim edilib

28 Oktyabr 2019 - 11:14 | Maraqlı məlumatlar
Mona Lizanın stulda oturan 3D nüsxəsi təqdim edilib

HTC Mona Lizanın stulda outran 3D modelini tam həcmdə yenidən canlandırıb. Layihə Luvr muzeyinin salonlarından birində təşkil olunub və Leonardo da Vinçinin ən böyük səkkiz əsəri ilə birgə 24 oktyabrda nümayiş etdirilib. hightech.fm saytının məlumatına əsasən, əsərlər içərisində ən çox diqqət çəkəni Mona Lizanın 3D formasında olan rəsmi olub. Eyni zamanda muzeyə gələ bilməyən insanlar sərgini evlərindən virtual olaraq izləyə biliblər. “Luvrdakı ziyarətçilər üçün təcrübə olaraq ilk dəfədir ki, virtual reallıqdan istifadə edirik”, - deyə muzeyin tərcümə və mədəni proqramlaşdırma direktoru Dominique de Font-Raulx qeyd edib.

Mütəxəssislərin məlumatına görə, salonda 11 “Vive Cosmos VR” eynəkli stend yerləşdirilib. Bu eynəklərdən istifadə edərək insanlar Mona Lizanın stulda oturan tam ölçülü modelini görə bilərlər. Burada məqsəd rəsmin tarixi haqqında ziyarətçilərə daha çox məlumat vermək olub.

Qeyd edək ki, 24 oktyabr 2019-cu il və 20 fevral 2020-ci il tarixləri arasında Parisdə olan insanlar Leonarda da Vinçinin əsərlərini 17 avroya görə bilmək şansına malikdirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.