Süni intellekt ilk dəfə hava döyüşlərində sınaqdan keçirilib

25 Oktyabr 2019 - 11:15 | Maraqlı məlumatlar
Süni intellekt ilk dəfə hava döyüşlərində sınaqdan keçirilib

İnkişaf etmiş Müdafiə Mühəndisliyi Agentliyi (DARPA) səkkiz şirkət ilə virtual hava döyüşlərində süni intellektin sınaqdan keçirilməsi üçün müqavilə bağlayıb. Pilotsuz döyüş təyyarələrini idarə edən sistemlərə tələblərin siyahısını tərtib etmək sınaqların əsas məqsədidir.

hightech.fm saytının məlumatına əsasən, agentlik ACE proqramı çərçivəsində 2019-cu ilin may ayından etibarən perspektivli döyüş dronlarını inkişaf etdirir. Tenderin şərtlərinə görə, sistem tədricən sadə manevrlərdən başlayaraq insan pilotuna bənzətmə yolu ilə öyrənilməlidir.

Pilotsuz döyüş təyyarələrinin insanlardan daha təsirli şəkildə mübarizə edə biləcəyi və pilotun yükünü azaldacağı, taktiki qərarlar qəbul edəcəyi güman edilir.

Mütəxəssislərin məlumatına görə, 2019-cu ilin sonuna qədər agentlik hava hücumu sisteminin ilkin sınaqlarını keçirəcək. Onlara “Aurora Flight Sciences”, “EpiSCI”, “Heron Systems”, “Lockheed Martin”, “Perspecta” laboratoriyaları, “physicsAI”, “SoarTech” institutları da qatılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.