Beynəlxalq konfransda informasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi müzakirə olunub Oktyabr 25, 2019 | 10:50 / Konfranslar, iclaslar

Oktyabr ayının 23-də Bakıda öz işinə başlayan “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019) öz işini ADA Universitetində keçirilən bölmə iclaslarında davam etdirir.

Bu gün konfransın “İKT-in tətbiqində yaranan cərəyanlar və texnologiyalar”, “İKT təhsildə və elmi tədqiqatlarda”, “Qeyri-səlis məntiq və Data Science” mövzularına həsr olunan bölmə iclaslarında maraqlı məruzələr dinlənilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev İnformasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi” adlı məruzə ilə çıxış edib.

O, diqqətə çatdırıb ki, sosial-iqtisadi inkişafın inklüzivlik səviyyəsinin qiymətləndirilməsi problemlərin tədqiqi qlobal və regional idarəetmənin əsas məsələlərindəndir.  Bu aspektdə məruzə olunan mövzu üzrə aparılan araşdırmalarda iqtisadi inkişafın elmi-nəzəri əsaslarına inklüzivlik cəhətdən yeni baxışın zəruriliyi əsaslandırılıb. Həmçinin cəmiyyətin inklüziv inkişafını xarakterizə edən yeni indikatorlar və subindekslər sistemi təklif olunub.

Ə.Əliyevin sözlərinə görə, tədqiqatda inklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin regional-sektorial, milli və beynəlxalq qiymətləndirilməsi məsələləri araşdırılıb. Milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına baxılıb. İnklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları və ona müvafiq metodika işlənilib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xatırladaq ki, AICT 2019 “Paşa Bank”ın baş sponsorluğu və Konvensiya Bürosunun dəstəyi ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı