Süni intellektə meşə yanğınlarını tez zamanda müəyyənləşdirmək öyrədilib

25 Oktyabr 2019 - 10:27 | Maraqlı məlumatlar
Süni intellektə meşə yanğınlarını tez zamanda müəyyənləşdirmək öyrədilib

ABŞ hakimiyyəti süni intellektin köməyi ilə potensial meşə yanğınlarının avtomatik axtarışını həyata keçirmək üçün layihə hazırlayıb. Onlar məlumatların xilasetmə xidmətlərinə və yanğınsöndürənlərə ötürülməsini sürətləndirmək, həmçinin yanğın yerinin müəyyənləşdirmə dəqiqliyini 94% -ə çatdırmaq istəyirlər.

Meşə yanğınlarının operativ təyin edilməsinə cavabdeh olan Kaliforniya Milli Hava Qüvvələri (California Air National Guard - CA ANG) meşə yanğınlarını daha sürətli aşkar etmək üçün süni intellektin köməyi görüntüləri təhlil etməyə başlayıb.

hightech.fm saytının məlumatına əsasən, alət tibbi təsvirlərin analizi üçün istifadə olunan süni intellekt sistemlərindən ilhamlanaraq hazırlanıb. Tədqiqatçılar qrupu öz modellərini meşə yanğınlarının videolayazılarının minlərlə kadrı üzərində hazırlayıblar. Nəticədə sistem yanan meşənin infraqırmızı şəkillərindəki yanğının sərhədlərini müəyyən edə bilib.

“FireNet” adlı avtomatlaşdırılmış sistemi hazırlayan “CrowdAI” şirkətinin mütəxəssisi Devaki Rac qeyd edib ki, süni intellekt əvvəlcədən videoya baxaraq onu xəritə ilə müqayisə edən və sonra əməliyyat xidmətlərinə məlumat verən hazırkı işçilərə nisbətən yanğınları daha sürətli aşkarlayır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.