CLOUDLET əsaslı mobil hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması müzakirə olunub Oktyabr 24, 2019 | 04:59 / Konfranslar, iclaslar

Oktyabrın 24-də “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nın (AICT 2019) “Kommunikasiya, şəbəkə və aparat təminatı” mövzusuna həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “CLOUDLET əsaslı mobil hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması” adlı məruzə ilə çıxış edib.

O, mobil qurğuların resurslarında (enerji sərfiyyatı, emaletmə gücü və yaddaş resurslarında və s.) mövcud olan məhdudiyyətləri aradan qaldırmaq məqsədi ilə yaradılan mobil hesablama buludlarında (MHB) meydana çıxan problemlər və onların həlli yollarından söhbət açıb. Həmçinin təklif edilən arxitekturanın mobil qurğuların hesablama və yaddaş resurslarına olan tələbatın daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələri aradan qaldırması üsulları barədə ətraflı məlumat verib.

R.Ələkbərov CLOUDLET əsaslı mobil şəbəkənin mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı enerji sərfiyyatını və şəbəkədə baş verən gecikmələrin azalmasını izah edib.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xatırladaq ki, oktyabr ayının 25-dək davam edəcək “AİCT 2019” konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.

Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsorluğu və Konvensiya Bürosunun dəstəyi ilə keçirilir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı