ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans keçirilir Oktyabr 23, 2019 | 12:21 / Mühüm hadisələr

Oktyabrın 23-də ADA Universitetində “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019) öz işinə başlayıb.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın İKT-nin beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini bildirib.

Diqqətə çatdırılıb ki, təhsil, elm, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələrində dünyanın 20-dən çox ölkəsinin İKT-nin tətbiqi üzrə araşdırmalar aparan elmi tədqiqatçılarını bir araya gətirən konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elmi tədqiqatçılar və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.

Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyi adından salamlayıb. Qeyd edib ki, bu ilki AICT Konfransının Azərbaycanda anadan olan, inanılmaz nailiyyətləri ilə  bütün dünya ictimaiyyətinə xidmət edən və nəhayət, öz istəyinə görə vətəni Azərbaycanda dəfn olunan  professor Lütfi Zadənin xatirəsi və elmi irsinə həsr olunması böyük şərəfdir.

Onun sözlərinə görə, qeyri-səlis texnologiyaların vətəni kimi tanınan Azərbaycanın gələcəkdə 4-cü sənaye inqilabı dövründə bütün ağıllı qurğular, intellektual kiber-fiziki sistemlər, Big Data analitikası və digər süni intellektə əsaslanan varlıqlar üçün lokomotiv olacağı danılmazdır: “Süni intellekt, Soft Computing və digər qeyri-səlis ağıllı texnologiyaların nəzəri əsaslarının inkişaf etdirilməsi və insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq edilməsi Azərbaycan elminin prioritet istiqamətlərindən biridir”.

Akademik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən potensialın artırılması, postsənaye cəmiyyətinin müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqi və məlumatlandırma prosesinin sürətləndirilməsi üçün bir çox strateji layihələr, dövlət proqramları və konsepsiyalar qəbul edildiyini diqqətə çatdırıb.

AİCT 2019 konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.

Qeyd edək ki, “AICT 2019” konfransına ADA Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı