Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənilir Oktyabr 22, 2019 | 11:38 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov bu işin məqsədinin mobil qurğularda meydana çıxan hesablama və yaddaş resurslarındakı məhdudiyyətləri, şəbəkədə baş verən gecikmələri aradan qaldırmaq, mobil qurğuların enerji sərfiyyatını azaltmaq məqsədilə metod və alqoritmlərin işlənməsi olduğunu bildirdi. O, mobil hesablama buludlarının əsas kriteriyalarını göstərərək, bunlara məsələnin həlli üçün tələb olunan xərc, məsələnin həll vaxtı, istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, verilənlərin və nəticənin istifadəçilərə sürətli və etibarlı çatdırılması, mobil qurğuların enerji sərfiyyatının azaldılmasının aid olduğunu bildirdi.

O.Ələkbərov hesablama buludlarında meydana çıxan problemlər barədə məlumat verdi. Bildirdi ki, bu problemlərə Cloud Computing sistemində bulud serverlərinin mobil istifadəçidən uzaqda yerləşməsi, şəbəkənin həddən artıq yüklənməsi nəticəsində əlaqə kanalının ötürmə imkanlarının az olması, şəbəkədə gecikmələrin baş verməsi, əlaqə kanallarında qırılmaların yaranması, məlumatların və nəticələrin istifadəçiyə gec çatdırılması, şəbəkədə məlumatlara əlyetərliliyin təmin edilməsi və s. aiddir.

Sonda məruzəçi qeyd etdi ki, iyerarxik arxitekturlu mobil Cloud Computing sistemlərdən istifadə edilməsi, bulud serverlərdə faylların istifadə tezliyinə görə yaddaş qurğularında optimal yerləşdirilməsi, cloudletlərdə virtual maşınların məsələnin həll vaxtına və xərcinə görə optimal seçilməsi və s. bu məsələdə problemlərin həlli yolları ola bilər.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı