Akademik Rasim Əliquliyev: ““Elmi kadrlar” Milli İnformasiya Sistemində fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq” Oktyabr 16, 2019 | 09:51 / Konfranslar, iclaslar

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib.

Sonra “Elmi kadrlar” Milli İnformasiya Sistemi ilə bağlı məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev artıq sistemin yaradılmasına başlanıldığını deyib. AMEA-nın elmi müəssisələrində çalışan işçilərin bu sistemdə qeydiyyatdan keçiriləcəklərini söyləyən akademik qeyd edib ki, sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq. Vitse-prezident əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.

Sonra akademik Rasim Əliquliyev elmin populyarlaşdırılması sahəsində AMEA və Azərbaycan Dövlət Televiziyasının birgə fəaliyyətindən danışıb. Akademik 2016-cı ildə “Elm və innovasiya” elmi-publisistik proqramı təsis edildiyini xatırladaraq, verilişin üç ildən artıq müddət ərzində ölkəmizdə dövlətin elm sahəsindəki siyasətinin həyata keçirilməsi, akademiyanın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi və texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərdiyini bildirib. R.Əliquliyev Azərbaycan Dövlət Televiziyasında hər buraxılışı 45 dəqiqədən ibarət olan “Elm və innovasiya” verlişinin bu günədək 60 sayının yayımlandığını, proqramında Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin respublikanın görkəmli elm xadimləri ilə geniş müzakirə edildiyini vurğulayıb.

Alim onu da əlavə edib ki, AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən, “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Qeyd edib ki, proqram çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və alimlərlə biznes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması nəzərdə tutulur.

Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, ayrı-ayrı elm sahələrinə dair biliklərin geniş ictimaiyyətə çatıdırılması məqsədilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına məsələ ilə bağlı təkliflərini təqdim etmək tapşırığı verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı