İlk dəfə mayelərdə 3D-proseslər müşahidə olunub

16 Oktyabr 2019 - 12:01 | Maraqlı məlumatlar
İlk dəfə mayelərdə 3D-proseslər müşahidə olunub

ABŞ-da dərmanların təsirini ətraflı müşahidə etməyə imkan verən, xərçəng hüceyrələrinə, həmçinin orqanizmdə patogen proseslərin təhlilinə yönəldilən yeni texnologiya hazırlanıb.

Amerikalı alimlər qrupu maye mühitdə nanoölçülü kompüter tomoqrafiyasını yerinə yetirən texnologiya hazırlayıb. Yeni metod alimlərə ilk dəfə canlı bioloji materialları üç ölçüdə müşahidə etməyə imkan verib.

Elm adamları sahibin hüceyrə və patogeni arasında qarşılıqlı təsiri təhlil ediblər. Komanda real zamanda molekulyar mexanizmləri izləyərək virusun hüceyrəyə hücum etməsini müşahidə edib.

Vizuallaşdırmanın yeni metodu sayəsində alimlər artıq rezistent bakteriyaların məhvinə səbəb olan bakterial hüceyrə və bakteriofaqların qarşılıqlı təsiri haqqında yeni məlumatlar əldə ediblər.

hightech.plus saytının məlumatına əsasən, qrup əvvəllər bakteriofaqların kifayət qədər öyrənilməmiş struktur xüsusiyyətlərini aşkar edib.

Mütəxəssislərin sözlərinə görə, texnologiyanı həm biologiyada, həm də materialşünaslıqda istifadə etmək mümkün olacaq. Bundan əlavə, komandanın əsas məqsədi xərçəngin müalicəsi üçün yoxlanılan yeni dərmanların müşahidə olunmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.