İnstitutun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb Oktyabr 14, 2019 | 09:27 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Computer Standards & Interfaces” (CSI) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

“Thomson Reuters” siyahısına və Q2 sinfinə daxil olan bu jurnalda proqram təminatının keyfiyyəti, interfeys və metodları, kompüter standartları və onların tətbiqi üzrə fəaliyyət və inkişaf barədə tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.

CSI jurnalının əsas elmi istiqamətlərinə standartların hazırlanması və tətbiqi, informasiyanın idarə olunması, proqram təminatının keyfiyyəti, paylanmış sistemlər, açıq sistemlər və şəbəkə təhlükəsizliyi sahəsində alqoritm və metodların işlənməsi, rəqəmsal alətlər üçün modelləşdirmə, testləşdirmə, analoq və rəqəmsal emal standartlaşdırması daxildir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 2.441

5-Year Impact Factor: 1.952 

Source Normalized Impact per Paper (SNIP): 1.606

CiteScore: 3.22

SCImago Journal Rank (SJR): 0.455

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı