“Facebook”un ikimərhələli süni intellekti robota dörd saat ərzində predmetləri manipulyasiya etməyi öyrədib

10 Oktyabr 2019 - 11:36 | Maraqlı məlumatlar
“Facebook”un ikimərhələli süni intellekti robota dörd saat ərzində predmetləri manipulyasiya etməyi öyrədib

“Facebook AI Research” mütəxəssisləri adi məişət predmetləri ilə işləyən robotların təlimini sürətləndiriblər.

İkiəlli robot su dolu şüşəni açmaq üçün bir əli ilə şüşəni digər əli ilə isə qapağı tutub buraraq açmalıdır. Addımların bu ardıcıllığı sxem adlanır. Bərkitmə təlim texnologiyasından fərqli olaraq, sxemlər saatlar,  günlər və hətta həftələrlə emal edilən milyonlarla nümunə tələb etmir.

nanonewsnet.ru saytının məlumatına əsasən, bu yaxınlarda “Facebook AI Research” komandası “Sawyer” robotunun iki əl ilə kitabxanada tapşırığı yerinə yetirmək üçün düzgün addım seçməsi bacarığı barədə düşünüb. Hər mərhələdə agent hansı parametrlərlə hansı bacarığın tətbiq olunacağına qərar verməlidir.

Bu yanaşma mürəkkəb olsa da onun böyük üstünlüyü mövcuddur. Robot məşqlərdən bir neçə saat sonra predmetləri manipulyasiya etməyə başlayır. Bir sıra məsələlər üçün təlim prosesinin iki hissəyə bölünməsi (1. məsələnin sxeminin öyrənilməsi; 2. müxtəlif bacarıqlar üçün müvafiq parametrləşməni seçmək təlimatlarını öyrənmək) mühəndislər tərəfindən edilən kəşfin əsasını təşkil edir.

Bu kimi yanaşma oxşar bacarıqların yaxşılaşması üçün ümumi məlumatlardan istifadə edərək təlimi qismən sürətləndirir. Məsələn, robot uzun borunu qaldırmağı öyrənibsə, konteyneri qaldırmaq üçün eyni sxemdən istifadə etmək mümkündür.

Təcrübələr zamanı kameralarla təchiz edilmiş robota iki əl tələb edən doqquz adi predmeti - şüşə qab, futbol topu, açar və s. manipulyasiya etmək tapşırığı verilib. Sistem 4-10 saatlıq təlimdə 90%-dən çox müvəffəqiyyət dərəcəsi ilə bu obyektlərin öhdəsindən gəlməyi öyrənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.