Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması müzakirə edilib Oktyabr 01, 2019 | 10:55 / Mühüm hadisələr

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Nümayəndə heyəti Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, İnformasiya Texnologiyaları və Rabitə Agentliyi və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında görüşlər keçirib. Texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Görüşlərdə elektron imzanın tətbiqi, həmçinin ölkələrin bu infrastrukturu qarşılıqlı tanıması istiqamətində fikir mübadiləsi aparılıb.

Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək.

Qeyd edək ki, hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

Nümayəndə heyəti, həmçinin İstanbul Konqress mərkəzində keçirilmiş Beynəlxalq Blokçeyn konfransında iştirak edib.

Konfransın builki mövzusu “Rəqəmsal ID” olub. İştirakçılar “E-ID”-nin blokçeyn texnologiyasında tətbiqini müzakirə edərək, bu texnologiyanın insanların həyatını necə dəyişdirə biləcəyi, eləcə də iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında danışıblar.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı