Böyük verilənlərin analizində klassik klasterləşdirmə alqoritmlərinin tətbiqi məsələləri araşdırılır Sentyabr 25, 2019 | 04:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun magistrantı Aygül Fəxrəddinqızı “Böyük verilənlərin analizində klassik klasterləşdirmə alqoritmlərinin tətbiqi imkanları” mövzusunda məruzəni təqdim etdi.

Məruzəçi verilənlərin intellektual analizi, data analitikası, klasterləşdirmə, onun alqoritmləri və tətbiqi imkanları haqqında məlumat verdi. Qeyd etdi ki, yeni texnologiyaların tətbiqi nəticəsində böyük ölçülü məlumatların həcmini dəqiq analiz etmək üçün klasterləşdirmə alqoritmləri alternativ, daha güclü bir meta öyrənmə vasitəsidir. Onun sözlərinə görə, verilənlər toplusunun strukturu (ardıcıllıq) barədə məlumat verən klasterləşdirmə alqoritmi verilənlərin (data) analizini yerinə yetirmək üçün ən çox istifadə edilən metodlardandır.

O, bölməyə əsaslanan, sıxlığa əsaslanan, iyerarxik və s. klasterləşdirmə alqoritmləri haqqında danışdı, bu alqoritmlərin nümunələrindən olan K-Means, Cure, DBSCAN, OptiGrid və s. barədə ətraflı məlumat verdi.

“İyerarxik klasterləşdirmə alqoritmində məlumatlar yaxınlıq dərəcəsindən asılı olaraq iyerarxik olaraq təşkil edilir”, – deyə bildirən A.Fəxrəddinqızı yaxınlığın aralıq qovşaqlar əsasında əldə edildiyini qeyd etdi. Bildirdi ki, dendroqram fərdi məlumatların son qovşaqlarla təmsil olunduğu verilənlər məcmuəsini təmsil edir. İyerarxiya davam etdikcə ilkin klaster tədricən bir neçə qrupa ayrılır. Aqlomerasiya üsulu klasterləşməsi hər bir klaster üçün bir obyektdən başlayır və iki və ya daha çox uyğun qrupu rekursiv şəkildə birləşdirir Ayrılma klasterləri isə, vahid bir klaster kimi bir verilənlər bazasından başlayır və ən uyğun klasteri rekursiv şəkildə bölür. Proses dayanma meyarına çatana qədər davam edir.

Məruzəçi iyerarxik metodun çatışmazlığından söz açaraq bildirdi ki, bir addım icra edildikdən sonra (birləşmə və ya bölünmə) geri qaytarıla bilməməsi onun əsas mənfi cəhətlərindəndir.

A.Fəxrəddinqızı sosial kapitalın ölçülməsi üçün etimada əsaslanan, indeks-reytinq, dünya bankı metodları barədə də məlumat verdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsini və eksperimentlərin aparılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı