İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib Sentyabr 23, 2019 | 09:48 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” mövzusunda II beynəlxalq konfransın (Second International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2020) beynəlxalq proqram komitəsinin üzvü seçilib.

1-3 aprel 2020-ci il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, intellektual sistem arkitekturaları, hibrid intellektual sistemlər, ekspert sistemlər, süni neyron şəbəkələri, qeyri-səlis məntiq və sistemləri, kompüter görməsi və nitqin tanınması, Soft Computing nəzəriyyəsi və tətbiqləri, virtual və əlavə reallıq, maşın təlimi və dərin təlim, eləcə də siqnalların emalının nəzəriyyə və metodları, rəqəmsal siqnal emalı, biotibbi, peyk və statistika siqnallarının emalı, xaotik və fraktal sistemlər, spektral analiz  və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı