İnformasiya Texnologiyaları İnstitutunun alimləri AMEA-da təşkil olunacaq elmi lektoriyada yaxından iştirak edəcəklər Sentyabr 20, 2019 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA-da təşkil olunacaq elmi lektoriyalar haqqında məlumat verib. Akademik bildirib ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır.

“AMEA-da da elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindəndir”, – deyən institut direktoru bu gün elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyaların müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkili, ənənəvi elmi məktəblərin daha interaktiv üsullarla təbliğinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib.

AMEA Rəyasət Heyəti tərəfindən 17 iyul 2019-cu il tarixində akademiyada daimi fəaliyyət göstərən elmi lektoriyanın təşkili ilə bağlı qərar qəbul edildiyini diqqətə çatdıran akademik lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA-nın, o cümlədən Rəyasət Heyəti üzvlərinin aktual elmi, elmi-təşkilati və innovativ məsələlərə, habelə Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrinin dinlənilməsinin nəzərdə tutulduğunu deyib.

Akademik R.Əliquliyev lektoriyada İnformasiya Texnologiyaları İnstitutunun alimləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və digərləri tərəfindən informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinə həsr olunmuş mühazirələrin təqdim ediləcəyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı