Neyroşəbəkəyə videoları müstəqil çəkmək və montaj etmək öyrədilib

17 Sentyabr 2019 - 10:00 | Maraqlı məlumatlar
Neyroşəbəkəyə videoları müstəqil çəkmək və montaj etmək öyrədilib

Sankt-Peterburq Politexnik Universitetinin mühəndisləri maarifləndirici mühazirələri müstəqil çəkmək və montaj etmək imkanına malik olan neyroşəbəkə hazırlayıblar.

“Avtomontaj” adlanan sistem “avtoslayd” və “avtooperator” olmaqla iki alt sistemə bölünür. Bu zaman videomühazirəni təqdimatla birləşdirərək onu çəkir və montaj edirlər. 

Layihənin hazırlamasına 2017-ci ildə İnnovasiyalara Kömək Fondunun tələbi ilə başlanılıb.

hightech.fm saytının məlumatına görə, sistemin işləməsi üçün mühazirə auditoriyasında yüksək ayırdetmə dəqiqliyinə malik kameralar quraşdırılır.  “Avtooperator” neyroşəbəkəsi müxtəlif rakurslardan mühazirəni avtomatik olaraq çəkir. 

Material avtomatik rejimdə quraşdırılıqdan sonra “Avtoslayd” neyroşəbəkəsi vasitəsilə təqdimatdan videoya slaydlar yerləşdirilir.

Qeyd edək ki, daha əvvəl Amsterdam Universitetinin tədqiqatçıları da buna bənzər neyroşəbəkə təqdim etmişdilər. O, səslərlə vizual hisləri əlaqələndirmək və şəkilləri musiqiyə çevirmək imkanına malik idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.