Vətəndaş elmi layihələrinin formalaşdırılmasının ümumiləşdirilmiş konseptual modeli işlənilir Sentyabr 16, 2019 | 11:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev seminarın “Vətəndaş elmi layihələrinin formalaşdırılmasının ümumiləşdirilmiş konseptual modeli” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək vətəndaş elmi layihələri haqqında məlumat verdi, layihələrin qurulma mərhələlərini nümunələr əsasında təqdim etdi, ümumiləşdirilmiş konseptual modeli diqqətə çatdırdı.

Vətəndaş elminin çox sayda həvəskarın elmi tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyası olduğunu bildirən N.Verdiyeva ilk vətəndaş elmi layihələrinin 1800-cü illərin sonundan fəaliyyət göstərməyə başladığını vurğuladı.

O, yaranma səbəbinə görə maraq doğuran vətəndaş elmi layihələrindən nümunələr təqdim etdi, layihələrin strateji planının əsas tərkib hissələrini nəzərə çatdırdı.

Məruzəçi layihələrin problemin qoyuluşu, planlaşdırma, icra, monitorinq və nəzarət, nəticələrin paylanması mərhələləri üzrə icra olunduğunu qeyd etdi və bu mərhələlərin hər biri barədə ətraflı məlumat verdi. Bildirdi ki, layihə başa çatdıqda əvvəlki vəziyyətlə yekun vəziyyət müqayisə edilir və əldə edilən nəticələr paylaşılır.

N.Verdiyeva “EU-Citizen.Science” layihəsindən söz açaraq Avropada vətəndaş elmi təşəbbüsü olan bu layihənin Avropada vətəndaş elmi üçün mərkəzi platforma qurmaqda olduğunu, vətəndaş elmi ilə bağlı faydalı resursları bölüşmək imkanı yaratdığını, Avropada yaradılmış vətəndaş elmi biliklərini hər kəsə açıq etməyə imkan verdiyini, eləcə də vətəndaş elmi ilə maraqlanan hər kəsə bu barədə daha çox məlumat almaqla layihələrə qoşulmağa şərait yaratdığını dedi.

Məruzəçi qeyd etdi ki, müxtəlif vətəndaş elmi layihələrinin yaradılmasındakı oxşar cəhətləri nəzərə almaqla və layihələrin idarə edilməsi mərhələlərini ümumiləşdirib inkişaf etdirməklə vətəndaş elmi layihəsinin formalaşdırılmasının konseptual modelini qurmaq mümkündür. O, təqdim olunan modeli diqqətə çatdırdı, onun problemin qoyuluşu, planlaşdırma, reallaşdırma və nəticələrin paylanması mərhələlərini əhatə etdiyini vurğuladı. O, qeyd olunan mərhələlər çərçivəsində problemin müzakirəsi və təkmilləşdirilməsi, işin mərhələlərə bölünməsi, vətəndaşların inklüziv iştirakının təmin edilməsi, texniki və proqram vasitələrinin tətbiqi, təhlükəsizliyin təmin olunması, nəticələrin nəşri işlərinin həyata keçirildiyini bildirdi.

Sonda məruzəçi bildirdi ki, vətəndaş elmi layihələrinin ümumiləşdirilmiş konseptual modeli yeni layihələrin işlənməsinə öz töhfəsini verəcək.

Məruzə ilə bağlı çıxış edən şöbə müdiri Təhmasib Fətəliyev tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı