GEANT Assosiasiyası tərəfindən AzScienceNet şəbəkəsinə 1 Gbit/san ehtiyat kanalı ayrılıb Sentyabr 11, 2019 | 02:17 / Mühüm hadisələr

Məlumdur ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkə infrastruktura qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.

GEANT ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün şəbəkə infrastrukturun genişləndirilməsi məqsədilə həyata keçirilən EaPConnect layihəsi çərçivəsində mühüm işlər görülür, genişmiqyaslı layihələr həyata keçirilir.

Bu işlərdən biri də GEANT-a üzv olan ölkələrin Data Mərkəzlərinə ehtiyat kanallarının ayrılması ilə bağlıdır. Belə ki, Data Mərkəzlərin standartlarına olan tələblərə əsasən, bu mərkəzlərə standart kanallarla yanaşı, ehtiyat kanalları da təqdim olunmalıdır. AzScienceNet şəbəkəsinə ehtiyat kanalı vasitəsilə indiyədək təqdim olunan sürət 500 Mbit/san təşkil edirdi. 

AzScienceNet-in Data Mərkəzinin ehtiyat xətlərlə təmin olunmasının təkmilləşdirilməsi məqsədilə hazırda yeni optik xətt çəkilmişdir. Cari ilin sentyabr ayının 1-dən etibarən GEANT tərəfindən ehtiyat kanalı vasitəsilə yeni optik xətt üzərindən təqdim olunan İnternetin sürəti 1 Gbit/san təşkil edir. Beləliklə, AzScienceNet şəbəkəsinin İnternetə çıxışının ehtiyat kanalının sürəti 500 Mbit/san-dən 1 Gbit/san-ə qaldırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı